Ağır yol qəzası: 6 yaralı

Qəzalar 11 İyun 2014 11:37 Oxunub 1541
Ağır yol qəzası: 6 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

Bu gecə Xaçmaz rayonunda ağır yol qəzası baş verib. Anspress-in verdiyi məlumata görə, Muxtadır qəsəbəsində yaşayan 1984-cü il təvəllüdlü Polad Ramiz oğlu Qiyasovun idarə etdiyi “Mercedes” markalı, 99 FV 509 dövlət nömrə nişanlı avtomaşınla 1986-cı il təvəllüdlü Tural Əlövsət oğlu Məhsimovun idarə etdiyi “VAZ 21 07” markalı, 50 CO 509 dövlət nömrə nişanlı avtomaşın toqquşub. Qəza nəticəsində 6 nəfər ağır yaralanıblar. Onlar 1986-cı il təvəllüdlü Güllü Xeyrulla qızı Ağasıyeva, 1989-cu il təvəllüdlü İlahə Xeyrulla qızı Məmmədova, 2007-ci il təvəllüdlü Əlibaba Tural oğlu Ağasıyev, 1986-cı il təvəllüdlü Tural Əlövsət oğlu Məhsimov, 1992-ci il təvəllüdlü Mənsur Xeyrulla oğlu Ağasıyev, 1984-cü il təvəllüdlü Polad Ramiz oğlu Qiyasovdur. Yaralılar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh