Yol polisindən daha bir REYD

Yol polisi 23 Avqust 2015 17:45 Oxunub 1981
Yol polisindən daha bir REYD
WhatsApp kanalımıza abunə ola bilərsiniz
70-ə qədər qayda pozan sürücü haqqında protokol tərtib edilib.

Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən, respublika yollarında təhlükəsizliyi təmin etmək üçün reydlər davam etdirilir. Dövlət Yol Polisi bölməsinin və Post Patrul Xidməti əməkdaşlarının Saatlı rayonu ərazisində birgə keçirdikləri reyd zamanı 70-ə qədər qayda pozan sürücü haqqında protokol tərtib edilib.

Qaydanı pozanlar arasında avtomobili sərxoş və sürücülük hüququ olmadan idarə edən, “saxla” əmrinə tabe olmayan və sair qayda pozan sürücülər barəsində müvafiq protokollar tərtib edilməklə, onlara İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəzalar tətbiq edilib. Həmçinin yan şüşələrə  kustar  üsulla hazırlanmış pərdə vuran və  avtomobilin konstruksiyasına dəyişiklik etmiş sürücülər isə saxlanılaraq avtomobilləri cərimə meydançasına aparılıb. //APA

ŞƏRH YAZ
Ad

E-mail

Şərh