Bakıda “Lexus”da huşsuz vəziyyətdə tapılan qız komadan çıxdı

Gündəm 26 Avqust 2015 13:51 Oxunub 2206
Bakıda “Lexus”da huşsuz vəziyyətdə tapılan qız komadan çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
22 yaşlı oğlan ölüb

Bir neçə gün əvvəl Bakının Nərimanov rayonunda O.Salamzadə küçəsində huşsuz vəziyyətdə tapılan 19 yaşlı qızdan yeni xəbər var.

Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, həmin küçədəki çoxmərtəbəli binanın həyətindəki qarajda “Lexus” markalı avtomobilin salonunda tapılaraq ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən R.T 4 gün komada qaldıqdan sonra ayılıb. 

Bir çox mütəxəssislər gənc qızın bu vəziyyətdə komadan çıxmasını tibbi heyətin uğuru kimi dəyərləndirib. R.T komadan çıxdıqdan sonra ambulator müalicəyə yazılıb və evə buraxılıb.

Qeyd edək ki, avqustun 18-də saat 01:30 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini 22 yaşlı L.Y evlərinin qarşısındakı qarajda olan “Lexus” markalı avtomobilindən R.T ilə birlikdə huşsuz vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib. Gənc oğlan xəstəxanada ölüb, R.T-nın vəziyyəti ağır olduğundan onun dindirilməsi mümkün olmayıb.

Hadisəyə qapalı şəraitdə saxlanılan avtomobilin kondisionerinin salona vurduğu qazın səbəb olduğu bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh