Bakı sakini keçmiş polisi güllələdi, qaçarkən ağır qəza törətdi

Yol polisi 28 Avqust 2015 12:49 Oxunub 1537
Bakı sakini keçmiş polisi güllələdi, qaçarkən ağır qəza törətdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb

Bakının Nizami rayonunda qətl hadisəsi törədilib. 

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Əzimzadə küçəsində qeydə alınıb. 

Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Rövşən Həsənov tanışı, 1975-ci il təvəllüdlü Nadir İbrahimovu “Makarov” tipli tapançadan atəş açaraq öldürüb. 

Daha sonra Rövşən Həsənov idarə etdiyi “Lexus” markalı 90 SF 333 dövlət qeydiyyat nişanlı avtomobil ilə hadisə yerindən qaçarkən avtomobili “Toyota” markalı avtomobilə çırpılıb. Nəticədə “Toyota”nın sürücüsü Rəşad Zakir oğlu Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Rövşən  Həsənov həbs edilib. 

Öldürülən Nadir İbrahimov keçmiş polis əməkdaşıdır.

Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb. 

Bakıda baş verən silahlı insidentin bəzi səbəbləri məlum olub. Məlumata görə, Nadir İbrahimovun istifadəsində olan telefon nömrəsindən Rövşən Həsənovun sevdiyi qıza zəng gəlib. Bu məsələni aydınlaşdırmaq üçün Rövşən Həsənov hadisə baş verən əraziyə gəlib. Orada tərəflərin sözü çəp gəlib. Bu səbəbdən Rövşən Həsənov avtomobilində olan silahla Nadir İbrahimovu güllələyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh