Bakıda yığılan bu velosipedlər görənlərin marağına səbəb olur - VİDEO

Avtodünya 30 Avqust 2015 02:27 Oxunub 2869
Bakıda yığılan bu velosipedlər görənlərin marağına səbəb olur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların dizaynı məşhur filmdəki motosikletdən götürülüb

Ölkəmizdə velosipeddən nəqliyyat vasitəsi kimi istifadə elə də geniş yayılmayıb. Əksər insanlar daha çox əyləncə məqsədi ilə velosiped sürürlər və belə insanların sayı gündən-günə artır. Paytaxt Bakıda yaşayan bir şəxs insanların bu marağını nəzərə alıb fərqli dizaynda velosipedlər hazırlayır. Bakının Məhəmmədli kəndində yaşayan Rəfayel Nağıyev uşaqlıq arzusunu illər sonra reallığa çevirir. O qeyri-adi dizaynda velosipedlər hazırlamağa başlayıb. Velosipedlərin bütün detalları ayrılıqda alınaraq yığılır. Bu velosipedlərin çəngəlləri zəncirdəndir. Bu isə ona fərqlilik verir. Maraqlı ideya məşhur “Gost Rider” filmindən götürülüb. Velosipedlər həmin fimdəki motosikletin dizaynı əsasında yığılıb. Qısa müddətdə hazırlansa da, velosipedlər heç də ucuz deyil. Ən ucuzunun qiyməti bir neçə yüz manatdan başlayır

ŞƏRH YAZ
Ad

E-mail

Şərh