Yol polisi uşaqlara görə reydlərə başladı - VİDEO

Yol polisi 15 Sentyabr 2015 20:13 Oxunub 1663
Yol polisi uşaqlara görə reydlərə başladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Diqqət, uşaqlar!” adı altında reydlərə start verildi

Şabran rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində reyd keçirib. Reydin əsas məqsədi yeni dərs ilinin başlanması ilə əlaqədar məktəblilərin yollarda təhlükəsizliyi təmin etmək, şagirdləri və sürücüləri maarifləndirmək olub. Reyd zamanı sürücülərlə yanaşı, piyadalar da maarifləndirilib. Məktəblilərə yolu keçərkən hansı qaydalara riayət etməli olduqları barədə məlumat verilib. Bununla yanaşı, reyd zamanı piyadalara yol verməyən sürücülər polis tərəfindən saxlanılaraq cərimələnib.

Şabranda təşkil edilən reyd “Diqqət, uşaqlar!” adı altında həyata keçirilən təhlükəsizlik ayı çərçivəsində baş tutub. Sentyabrın 15-dən oktyabrın 15-dək keçiriləcək təhlükəsizlik tədbirlərinin məqsədi azyaşlıların, yeniyetmələrin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin qarşısını almaqdır.  Bu kimi reydlərin qarşıdakı dövrdə də keçirilməsi planlaşdırılır.

 

 

APA TV

ŞƏRH YAZ
Ad

E-mail

Şərh