Yanacaqdoldurma məntəqəsinə saxta 100-lük verdilər

Gündəm 28 Sentyabr 2015 16:26 Oxunub 1192
Yanacaqdoldurma məntəqəsinə saxta 100-lük verdilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törətmiş Yevlax rayon sakinləri tutulub

Yevlax rayon sakinlərinin saxta 100 manatlıqla alver etməsi məlum olub. Avtosfer.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 26-da “Mercedes” markalı avtomobildə Bərdə rayonunun Mehdili qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş naməlum şəxs doldurduğu yanacağın əvəzinə 100 manatlıq saxta əskinas verib. Bərdə RPŞ əməkdaşlarının həyat keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakinləri Ramiz Əliyev və Nurlan Heydərov tutulub.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh