Avtobusda 20 qəpik davası edən polislə bağlı araşdırmalara başlanıldı - VİDEO

Gündəm 28 Sentyabr 2015 23:29 Oxunub 1731
Avtobusda 20 qəpik davası edən polislə bağlı araşdırmalara başlanıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş Polis İdarəsi: «Araşdırmalar başa çatdıqdan sonra nəticələr ictimaiyyətə açıqlanacaq»

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) “BakuBus” şirkətinə məxsus 1 saylı marşrut avtobusuna minən, lakin polis olduğunu deyərək kartla ödəniş etməkdən imtina edən şəxslə bağlı araşdırmalara başlayıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq BŞBPİ-nin mətbuat xidmətindən məlumat verilib. “Araşdırmalar başa çatdıqdan sonra nəticələr ictimaiyyətə açıqlanacaq”, - BŞBPİ-dən bildirilib.

Qeyd edək ki, polis olduğunu deyən mülki geyimli şəxsin videosu sosial şəbəkələrdə və xəbər saytlarında müzakirələrə səbəb olub. Həmin şəxs polis olduğunu iddia edib. Adı məlum olmayan şəxs bu səbəbdən də kartla 20 qəpik ödəniş etməkdən azad olduğunu bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

AxMeD 29 Sentyabr 2015 17:30
Yaxşısını ALLAH bilir amma polisdə olsa mülki adamda olsa 20 qəpikdən ötrü heç amma heç dəyməz.Cavan oğlansan lazım idi sənə