Avtosfer.az | Reklam
Avtomobillərin sığortası ilə bağlı vəziyyət açıqlandı
Gündəm 29 Sentyabr 2015 12:12 515 dəfə oxunub
Avtomobillərin sığortası ilə bağlı vəziyyət açıqlandı
ASA məlumat yaydı

2015-ci ilin yanvar-avqust aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 230,9 milyon manatı və ya 73,8%-i qeyri-həyat sığortasının payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) məlumatına görə, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 8,2% böyüyüb. 

Avtosfer.az xəbər verir ki, bu barədə ASA-dan oxu.az-a bildirilib. 

ASA-nın məlumatına görə, qeyri-həyat sığortası üzrə yığımların 8,9%-i və ya 20,5 milyon manatı kasko sığortasının payına düşüb. 

Bundan başqa, Assosiasiyadan bildirilib ki, 8 ay ərzində sığorta ödənişlərinin 71,8%-ni və ya 83,4 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu 2014-cü ilin eyni dövrü ilə müqayisədə 0,3% çoxdur: “Qeyri-həyat sığortası üzrə ödənişlərin isə 19,6%-i və ya 16,3 milyon manatı kasko sığortaya aid olub”.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh