Sərxoş sürücü qəza törətdi; ata-oğul yaralandı

Qəzalar 17 İyun 2014 23:07 Oxunub 1554
Sərxoş sürücü qəza törətdi; ata-oğul yaralandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Suraxanı rayonunda iki nəfərin xəsarət almasilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

Suraxanı rayonunda iki nəfərin xəsarət almasilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. ANS-in məlumatına görə, hadisə Suraxanı rayonunda baş verib. Sürücü Zaur Əliyev ”Mersedes” markalı avtomobillə Türkan qəsəbəsindən üzü Hövsan istiqamətində hərəkətdə olarkən qarşıdan gələn sürücüsü məlum olmayan digər “Mersedes” markalı avtomaşın onu vurub. Zərbə güclü olduğundan qəzanı törədən “Mersedes”in sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşlari cəlb olunana qədər isə sürücü və sərnişini hadisə yerindən birbaş xəstəxanaya aparılıblar. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya səbəb olan “Mersedes”in sürücü və sərnişinin sərxoş vəziyyətdə olmasıdır. Qəzada ata və oğul isə yaralanıblar.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır. Qəzani törədən sərxoş sürücünün şəxsiyyəti və qəzanın baş vermə səbəbləri isə bu araşdırmalardan sonra bəlli olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh