Maşınları barədə məlumat vermədiyi üçün namizədliyi qeydə alınmadı

Gündəm 11 Oktyabr 2015 22:26 Oxunub 1335
Maşınları barədə məlumat vermədiyi üçün namizədliyi qeydə alınmadı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Osman Kazımov 4 yox, 3 avtomobilin həyat yoldaşının adına olduğunu deyib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 84 saylı Füzuli Seçki Dairəsindən Müsavat Partiyasıtərəfindən namizədliyi irəli sürülmüş Müsavat Partiyasının Divan üzvü, vəkil Osman Kazımovun namizədliyinin müvafiq dairə seçki komissiyası tərəfindən qeydə alınmaması barədə şikayətinə baxılıb.

MSK üzvü Qabil Orucov deyib ki, DSK O.Kazımov mülkiyyətində olan 4 avtomobil barədə məlumat təqdim etmədiyi üçün onun namizədliyini qeydə almayıb.

MSK İşçi Qrupunun apardığı araşdırma zamanı bu fakt təsdiqini tapıb. İclasda iştirak edən O.Kazımov 4 yox, 3 avtomobilləri olduğunu, avtomobillərin həyat yoldaşının adına olduğunu, DSK sədrinin ailənin birgə mülkiyyəti olan avtomobillərlə bağlı təqdim etdiyi məlumatı qəbul etmədiyini, bunun gərəksiz olduğunu söylədiyini bildirib.

MSK sədri Məzahir Pənahov isə deyib ki, bir hüquqşünas kimi O.Kazımov bu avtomobillərlə bağlı məlumat təqdim etməsi barədə məlumatlı olmalı idi. O, həmçinin vəkilin həmin ərəfədə MSK-ya müraciət edə biləcəyini də xatırladıb. 

Məsələ səsverməyə çıxarılıb, MSK DSK-nın qərarını qüvvədə saxlayıb, O. Kazımovun namizədliyi qeydə alınmayıb.

 

APA

ŞƏRH YAZ
Ad

E-mail

Şərh