Avtomobili aşırdı, dostu öldü, özü isə…

Gündəm 12 Oktyabr 2015 16:40 Oxunub 1219
Avtomobili aşırdı, dostu öldü, özü isə…
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən qəza törətmiş sürücü 6 il cəza aldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Səyyad Farizlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın lent.az-a istinadən məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən S.Farizli 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Farizlinin idarə etdiyi avtomobil aşıb. Qəza nəticəsində dostu Röyal Həsənov dünyasını dəyişib. Avtomobildə olan Oqtay Yusifov və Dilqəm Əliyev isə yaralı şəkildə xəstəxanaya çatdırılıb. S.Farizli Cinayət Məcəlləsinin 263.2-ci (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh