Avtomobil ticarət köşkünə girdi

Qəzalar 19 İyun 2014 13:39 Oxunub 1607
Avtomobil ticarət köşkünə girdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində iki nəfər xəsarət alıb

Dünən gecə saatlarında Göygöl rayon ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 24 yaşlı Gəncə şəhər sakini Ceyhun Əhmədov idarə etdiyi avtomobillə hərkətdə olarkən idarəetməni itirərək yol kənarında səyyar satışla məşğul olan ticarət köşklərindən birinə girib. Nəticədə sürücü və onun sərnişini Gəncə şəhər sakini 21 yaşlı Siyavənd Qalayev aldıqları bədən xəsarətləri ilə Gəncə şəhər TTYX-nın travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda xəstələrin vəziyyəti normal qiymətləndirilir.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh