İki “Mercedes” toqquşdu - FOTO

Qəzalar 19 İyun 2014 13:47 Oxunub 1683
İki “Mercedes” toqquşdu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəlilabad rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Ötən gün axşam saatlarında Cəlilabad rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Anspress-in verdiyi məlumata görə, hadisə Ələt-Astara magistral yolunun 138-ci km-də qeydə alınıb. Cəlilabad rayon Bayaxanı kənd sakini Aqil Bayram oğlu Nadirov sükanı arxasında olduğu “Mercedes” markalı avtomobilllə Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən yola çıxmaq istəyən Etibar adlı şəxsin idarə etdiyi “Mercedes” markalı minik avtomobililə toqquşub. Nəticədə birinci avtomobilin sürücüsü və Şahin Abasov ağır vəziyyətdə Cəlilabad Mərkəzi rayon Xəsxanasına çatdırılıblar. İlkin ehtimala görə qəza Aqil Nadirovun idarə etdiyi “Mercedes” maraklı avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh