Maşın daş hasara çırpıldı, yaralılar var

Qəzalar 19 İyun 2014 13:56 Oxunub 1714
Maşın daş hasara çırpıldı, yaralılar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Xudat-Nabran yolunun 2-ci şöbə adlanan hissəsində qeydə alınıb

Bu gecə Xaçmaz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Anspress-in verdiyi məlumata görə, hadisə Xudat-Nabran yolunun 2-ci şöbə adlanan hissəsində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Rüfət Nemət oğlu Didarlının idarə etdiyi “VAZ 2106” markalı avtomaşın idarəetməni itirərək yolun kənarındakı daş hasar çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 3 sərnişin və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Minik maşınının sürücüsü R.Didarlı Quba rayon sakinləri, 1993-cü il təvəllüdlü Həsrətqulu Elman oğlu Məmmədov, 1990-cı il təvəllüdlü İbrahim Şükür oğlu Didarlı və 1985-ci il təvəllüdlü Talıb Cəfər oğlu Qayıbov hazırda xəstəxanada müalicə alır. Yaralılardan iki nəfərin D.Rüfət və M.Həsrətqulunun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh