Sürücülərə qarşı daha bir reyd - FOTO - VİDEO

Yol polisi 15 Oktyabr 2015 12:44 Oxunub 2025
Sürücülərə qarşı daha bir reyd - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reyd zamanı 30-a yaxın qayda pozuntusu aşkarlanıb

Ağcabədi rayonunda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib. Avtosfer.az "report"a istinadən xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının keçirdiyi reyd zamanı 30-a yaxın qayda pozuntusu aşkarlanıb.

Reyd zamanı yol hərəkəti qaydalarını pozan, avtomobilə əlavə avadanlıq quraşdıran, təhlükəsizlik kəmərindən istifadə etməyən və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən və sürücülük vəsiqəsi olmayan sürücülər saxlanılaraq barələrində protokol tərtib olunub. Reyd zamanı polisin "Saxla" əmrinə tabe olmayıb ərazidən uzaqlaşmağa çalışan sürücülərə də rast gəlinib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh