Ağır qəzada bir ailənin 5 üzvü xəsarət aldı

Qəzalar 19 İyun 2014 15:16 Oxunub 1754
Ağır qəzada bir ailənin 5 üzvü xəsarət aldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«VAZ» ötmə əməliyyatı zamanı traktora çırpılıb

Sabirabad rayonunda baş verən avtomobil qəzasında 5 nəfər xəsarət alıb. APA-nın xəbərinə görə, rayonun Qaragüney kəndi ərazisində rayonun Osmanlı kənd sakini, 1980-ci il təvəllüdlü Məmmədov Xəqani Valeh oğlunun idarə etdiyi “VAZ 21074” markalı avtomobillə ötmə əməliyyatı zamanı Qaragüney kənd sakini Firdovsi Əhmədovun idarə etdiyi traktora arxadan çırpılıb. Nəticədə sürücü və onun avtomobildə olan ailə üzvləri - 2005-ci il təvəllüdlü Novruzova Aysun Vahab qızı, 1974-cü il təvəllüdlü Novruzov Vahab Sabir oğlu, 1984-cü il təvəllüdlü Məmmədova Ayna Xudayar qızı və 2007-ci il təvəllüdlü Məmmədova Mədinə Xəqani qızı xəsarət alıblar. Onlar Şirvan şəhər Xəstəxanasına yerləşdirilib. Sürücü və 9 yaşlı Aysunun reanimasiya, digər yaralılar isə travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh