Ağır qəza: 3 gənc öldü, 2-si yaralandı

Qəzalar 23 İyun 2014 00:26 Oxunub 2337
Ağır qəza: 3 gənc öldü, 2-si yaralandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gənclərin Sənqəçal qəsəbəsində yerləşən neft obeyktlərindən birində mühafizəçi vəzifəsində işlədikləri bildirilir

Bakı şəhəri Qaradağ rayonu ərasizində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin anspress-ə verdikləri məlumata görə, qəza ötən gün səhər saatlarında Ələt-Astara yolunda qeydə alınıb. Hadisə “Prado” markalı avtomobillə, “VAZ 21015” markalı avtomobilin toqquşması nəticəsində baş verib. “Vaz 21015”in içərisində 5 gənc olub. Qəza nəticəsində “VAZ 21015”- sürücüsü 1990-cı il təvəllüdlü Ramil Möhnətov və onun yanında olan 1993-cü il təvəllüdlü Röyal Dadaşov və Fuad Quliyev dünyalarını dəyişiblər. “VAZ 21015”- in içərisində olan digər iki nəfər - Müqəddəs Əliyev və Şahin Süleymanov ağır vəziyətdə vəziyyətdə Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda onların vəziyyətinin ağır olduğu bildirilir. Salyan rayonu Xərəc kəndinin sakinləri olan gənclərin Sənqəçal qəsəbəsində yerləşən neft obeyktlərindən birində mühafizəçi vəzifəsində işlədikləri bildirilir. “Prado”-da isə bir nəfər sürücü olub. Onun hadisə nəticəsində xəsarət almadığı bildirilir. Şahidlərin bildirdiklərinə görə, hadisə “Prado” markalı avtomobilin yoldan çıxması nəticəsində baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh