Polisi güllələyən şəxs tutuldu - VİDEO

Yol polisi 30 Oktyabr 2015 15:24 Oxunub 1532
Polisi güllələyən şəxs tutuldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əvvəllər məhkumluq həyatı yaşamış Yevgeniy Antonov saxlanılıb

Üç gün əvvəl Xətai rayonunda əməliyyat zamanı 36-cı polis bölməsi əməkdaşı polis kapitanı İltifat Bayramovun ayağından yaralanması ilə bağlı xəbər vermişdik. Avtosfer.az Region TV-yə istinadən bildirir ki, Xətai rayon Polis İdarəsi əməkdaşları elə həmin gecə hadisəni törədən əvvəllər məhkumluq həyatı yaşamış Yevgeniy Antonovu tutublar. Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat nəticəsində onun digər cinayət əməlləri də üzə çıxıb. Belə ki, Yevgeniy Antonov istintaqa ifadə verərkən vətəndaş İlham Ağayevə məxsus aptekin kassasından 400 manat nəğd pul oğurladığını etiraf edib. O, aptekdən oğurluq edərkən görüntüsü orada quraşdırılmış nəzarət kamerasına da düşüb. Hər iki faktla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxsin digər cinayətlərdə iştirakıının olub olmaması araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh