Bakıda qəza: sürücü yandı

Qəzalar 24 İyun 2014 03:27 Oxunub 1681
Bakıda qəza: sürücü yandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“VAZ 2106” ilə “Zil” markalı yük maşını toqquşub

Bakı şəhəri Xəzər rayonunda “Zil” markalı yük avtomobili ilə ” VAZ 2106” markalı minik avtomobili toqquşub. Nəticədə avtomobillər ağır deformasiyaya uğrayıb və yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ”VAZ 2106” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1990-cı il təvəllüdlü Abbasov Seyidəli Mircəlal oğlunun cəsədini çıxardaraq Hüquq Mühafizə orqanları əməkdaşlarına təhvil veriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh