Naxçıvanda hərbi maşın qəzaya uğradı: 1 ölü, 1 yaralı

Qəzalar 24 İyun 2014 13:30 Oxunub 1824
Naxçıvanda hərbi maşın qəzaya uğradı: 1 ölü, 1 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza “Hyundai” markalı avtomobilin ötmə əməliyyatına düzgün yerinə yetirməməsi səbəbdən baş verib

Azərbaycanda hərbçilər yol qəzasına düşüb. Hadisə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus sanitar avtomobili “Hyundai” markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən hərbi maşın aşıb. Nəticədə hərbi maşında olan, hərbi hissənin tibb xidməti rəisi, gizir Vüqar Faiq oğlu Orucov aldığı xəsarətdən hospitalda dünyasını dəyişib. Avtomobilin sürücüsü, müddətdən artıq xidmət edən əsgər Rəşad Rüfətov isə yüngül xəsarətlə hospitala yerləşdirilib. Qəza nəticəsində minik avtomobilində olan şəxslərdən bir nəfərinin yüngül xəsarət aldığı bildirilir. İlkin ehtimala görə, qəza “Hyundai” markalı avtomobilin ötmə əməliyyatına düzgün yerinə yetirməməsi səbəbdən baş verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya hərbçilərin qəzaya düşməsi faktını təsdiqləyiblər. Fakta bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh