Maşını ağaca çırpılan polis öldü - Mingəçevirdə

Yol polisi 12 Noyabr 2015 12:34 Oxunub 1765
Maşını ağaca çırpılan polis öldü - Mingəçevirdə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Füzuli Əliyev aldığı xəsarətlərdən hadisə yerində keçinib

Mingəçevir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəhərin Heydər Əliyev prospektində Oğuz rayonu Padar kənd sakini, 1969-cu il təvəllüdlü Əliyev Füzuli Yaqub oğlu özünə məxsus 90-KG-046 dövlət nömrə nişanlı, “VAZ 21015” markalı minik avtomobili ilə hərəkətdə idarəetməni itirib, avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə F.Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə polis serjantı F.Əliyev Oğuz rayon Polis Şöbəsinin əməkdaşı olub. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh