Qadınlar və sərxoş sürücülər hər gün yol polisinə hücum çəkir - GÖYGÖLDƏ - FOTOLAR

Xəbərlər 26 İyun 2014 15:01 Oxunub 3581
Qadınlar və sərxoş sürücülər hər gün yol polisinə hücum çəkir - GÖYGÖLDƏ - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol hər axşam Göygöldə sərxoş sürücülərə qarşı reyd keçirir, cərimə meydançasında yer tapılmır

«Hər gün axşam saat 18:00-dan sonra Göygol rayonunun Aşıqlı kəndində belə hallara rast gəlmək mümkündür. Hacıkəndə, Toğanaya gedənlər yaxşıca araq «vururlar». Qayıdanda Aşıqlı kəndində bunun bədəlini ödəməli olurlar. Qadınların polisə yalvarması, içkili sürücülərin polisin üstünə yeriməsi, daha nələr, daha nələr... Maraqlısı bilirsiniz nə oldu? Polis mənə dedi ki, meymunuq ki, bizi çəkirsən? Mən də dedim rəis, mən elə şey demərəm, özünüz dediniz...». Bunu mətni və fotoları Avtosfer.az saytına oxuculardan biri göndərib. Adının çəkilməsini istəməyən oxucu bildirir ki, hətta içkili vəziyyətdə aşkar olunan sürücülərin sayı o qədər çox olur ki, cərimə meydançasına aparılan maşınların əksəriyyətinə yer tapılmır. Belə olduqda isə yol polisləri onların bəzilərini «yerində cərimə» edib buraxırlar: «Hətta iş o yerə çatıb ki, həmin ərazidə saxlanılan və içkili olmayan sürücü aşkar olunanda yol polisləri təəccüblənir. Ona görə də, axşam saat 6-dan sonra oradan keçmək təhlükəlidir. Ağıllı adamlar, yol polisinin işindən xəbəri olanlar o saatda həmin ərazidən keçmirlər».

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh