Bakının daha bir yolu açıldı

Gündəm 17 Noyabr 2015 11:42 Oxunub 1455
Bakının daha bir yolu açıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
NİİM məlumat yaydı

Paytaxtda daha bir yolda təmir işləri yekunlaşıb. Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Mikayıl Əliyev küçəsinin İmaməddin Nəsimi küçəsi ilə kəsişməsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri yekunlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Xatırladaq ki, təmir işləri ilə əlaqədar olaraq Ramiz Quliyev küçəsində isə nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə tam məhdudlaşdırılıb. Sürücülərə alternativ olaraq Süleyman Əhmədov küçəsindən və Gəncə prospektindən istifadə etmələri tövsiyə olunur. Ötən gündən etibarən Yasamal rayonunda, Zahid Xəlilov və Haqverdiyev küçələrinin kəsişməsində qəza-bərpa işləri aparılmaqdadır. Təmir işləri "Azərsu" ASC tərəfindən aparılır və bir neçə günlük bu yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh