Sahibsiz it yola çıxdı, maşın dərəyə yuvarlandı – Ölən var

Gündəm 17 Noyabr 2015 17:56 Oxunub 1239
Sahibsiz it yola çıxdı, maşın dərəyə yuvarlandı – Ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü iti vurmamaq üçün avtomobili yoldan kənara çəkmək istəyib

İsmayıllı-Qəbələ yolunun Girdmançay ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Avtosfer.az-ın trend-ə istinadən məlumatına görə, sahibsiz itin yola çıxması nəticəsində baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər yaralanıb. İsmayıllı Rayon Yol Patrul Xidmətindən verilən məlumata əsasən, qəzaya səbəb qəfil yola çıxan it olub. Belə ki, "Mercedes" markalı, 99 DH 096 dövlət nömrə nişanlı avtomobili idarə edən Muradov Tural Ağamurad oğlu iti vurmamaq üçün avtomobili yoldan kənara çəkmək istəyib. Bu zaman idarəetməni itirib və nəticədə avtomobil dərəyə yuvarlanıb. Qəza nəticəsində sərnişin, Qəbələnin Vəndam qəsəbə sakini Niftəliyev Qəhrəman Dəniyel oğlu hadisə yerində dünyasını dəyişib. Sürücü, həmçinin sərnişinlər Cəbralıyev Habil və Talıbov Elman müxtəlif bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh