Rövşən Məmmədovu qızının gözü önündə öldürdülər

Gündəm 17 Noyabr 2015 22:20 Oxunub 2659
Rövşən Məmmədovu qızının gözü önündə öldürdülər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Mersedes» markalı avtomobil yolu keçən piyadanı vurub

Paytaxtın Ələt qəsəbəsində yolu keçmək istəyən piyadanı maşın vurub. Sabirabad rayon sakini Əziz Zeynalov yüksək sürətlə idarə etdiyi “Mersedes” markalı avtomobillə yolu keçən Qobustan rayon sakini, 1966-cı il təvəllüdlü Rövşən Məmmədovu vurub. Qəza R.Məmmədovun həyat yoldaşı və qızının gözü önündə baş verib. Xəstəxanaya yerləşdirilən R.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

 

axar.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh