Astronavtlar kosmosda mayeni belə qəbul edirlər - VİDEO

Maraqlı 11 Dekabr 2015 00:59 Oxunub 1612
Astronavtlar kosmosda mayeni belə qəbul edirlər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BKS-nın göyərtəsində içkini stəkanda saxlayacaq cazibə yoxdur

Bəzi insanlar çəkisizliyi özlərində hiss etmək üçün astronavt olmaq istəyirlər. Digərlərini planetimizə kosmosdan baxmaq cəlb edir. Bəziləri isə sadəcə, bu kosmos stəkanlarından içmək istəyir.

Çəkisizlik üçün "ağıllı stəkanlar" bir il əvvəl alimlər çəkisizlik şəraitində ekspressonu paketdən sormadan içmək üzərində düşündükləri zaman ixtira edilib. Belə ki, Beynəlxalq Kosmik Stansiyanın (BKS) göyərtəsində içkini stəkanda saxlayacaq cazibə yoxdur. Bu kosmik fincanlar mayenin səthi dartımına əsaslanıb və elə hazırlanıb ki, maye kürəciyi möhkəm şəkildə xüsusi cibdə "oturur".

Bu yaxınlarda BKS-dəki astronavtlar 3D printerdə bir neçə oxşar stəkan çap edərək, onları sınaqdan keçiriblər.

Sizi həmin sınaqları izləməyə dəvət edirik.

 

Salamnews.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh