Qatar 4 stansiya sürücüsüz getdi - VİDEO

Maraqlı 14 Dekabr 2015 15:44 Oxunub 1494
Qatar 4 stansiya sürücüsüz getdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəribə hadisə ABŞ-ın Massaçusets ştatında baş verib

Sərnişin qatarı içindəki onlarla insanla bərabər öz-özünə hərəkətə gəldi, 4 stansiya maşinist olmadan irəlilədi. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, qəribə hadisə ABŞ-ın Massaçusets ştatında baş verib. Boston şəhərində  hərəkətsiz vəziyyətdə olan qatar, birdən-birə sürət yığmağa başlayıb. Azı 50 sərnişin ölüm təhlükəsi ilə üzləşib. Qatarın öz-özünə necə yola düşdüyü qaranlıq olaraq qalır. Onun stansiyalarda dayanmadan yoluna davam etməsi, əlaqədar qurumları hərəkətə keçirib. Özbaşına qatarı yalnız 4 stansiya sonra saxlamaq mümkün olub. Xoşbəxtlikdən qatardakı sərnişinlər hər hansı bir xəsarət almayıb. Nəqliyyat vasitəsinin döngələrdə belə relslərdən çıxmaması, faciənin baş verməsinin qarşısını alıb. Bununla belə, qatar hərəkətdə gələn vaxt, platformadakı sərnişinlərdən birini vuraraq yüngül xəsarət yetirdiyi məlum olub. İlkin araşdırmalardan sonra, qatarın texniki nasazlıq səbəbi ilə işə düşdüyü məlum olub. Sərnişinlərə vahiməli anlar yaşadan nəqliyyat vasitəsi, təmirə aparılıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh