Prezident Danimarka kraliçasını təbrik edib

Gündəm 15 Aprel 2014 00:00 Oxunub 1625
Prezident Danimarka kraliçasını təbrik edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

 

 

 

Prezident İlham Əliyev Danimarka Kraliçası II Marqreteni ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. avtosfer.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısının təbrik məktubunda deyilir: “Ülyahəzrət, Danimarka Krallığının milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Danimarka arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edərək xalqlarımızın mənafeyinə xidmət edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir, dost Danimarka xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh