Polis mayoru qəzaya düşüb

Yol polisi 2 Mart 2016 10:05 Oxunub 1461
Polis mayoru qəzaya düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Bakıda polis mayoru yolun əks istiqamətinə çıxaraq qəza törədib. Avtosfer.az “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə Nizami rayonu, Çobanzadə küçəsində bir neçə gün öncə baş verib.

Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsinin baş əməliyyat müvəkkili olan mayor Seymur Qarayev xidmətdə olarkən idarə etdiyi “Chevrolet Niva” markalı 10 AP 738 nömrəli avtomobillər yolun əks istiqamətində hərəkət edən Bakı sakini 1995-ci il təvəllüdlü İlkin Məmmədovun idarə etdiyi “Moped”lə toqquşub. Qəza nəticəsində xəsarət alan İ.Məmmədov Travmotogiya İnstitutuna yerləşdirilib.

Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh