Yol polisinin əlini "Prado"nun şüşəsi ilə sıxıb dirsəyini sındırdı

Yol polisi 3 Mart 2016 16:57 Oxunub 17924
Yol polisinin əlini "Prado"nun şüşəsi ilə sıxıb dirsəyini sındırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüseynov əlini maşının pəncərəsindən güclə çıxarıb, sürücü isə hadisə yerindən uzaqlaşıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində  paytaxt  sakini, 1966-cı il təvəllüdlü  Namiq Xanalıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. N.Xanalıyev yol polisinə ağır xəsarət yetirməkdə təqsirləndirilir. Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov cinayət işi ilə tanış olmadığına görə məhkəmə istintaqının başlanması üçün vaxt istəyib. Məhkəmə baxışı martın 10-a təyin edilib.

Qeyd edək ki, hadisə 2014-cü il noyabrın 17-dən 18-ə keçən gecə Xətai prospekti, 40 saylı evin yanında baş verib. Namiq Xanəliyevə məxsus "Toyota Prado"nun müəyyən edilməyən sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün adıçəkilən şəxs dövlət yol polis əməkdaşı, 1979-cu il təvəllüdlü Hüseynov Əbuzər Cəbrayıl oğlu tərəfindən saxlanılıb. Polis sənədləri yoxlamaq üçün əlini açıq pəncərədən içəri salarkən sürücü qəfil pəncərənin şüşəsini qaldırıb və asayiş keşikçisinini əlini sıxıb. Qaydanı pozan şəxs daha sonra qaza basıb və bu vəziyyətdə polisi bir neçə metr sürükləyib.

Hüseynov əlini maşının pəncərəsindən güclə çıxarıb, sürücü isə hadisə yerindən uzaqlaşıb. İnspektor ağır xəsarət alıb, dirsəyi sınıb və DİN-in hospitalına çatdırılıb.

Sürücü ilkin ifadəsində bildirib ki, heç bir qayda pozmayıb: “Polis işiqforda məndən maşını saxlamağımı tələb etdi. Maşını kənara çəkdim. Kobud şəkildə mənə içki qəbul edib-etməməyimlə bağlı sual verdi. Birbaşa olaraq yol patrul haqqında təlimatı kobud şəkildə pozdu. Ona ədəbli danışmağı tələb etdim və bildirdim ki, məhərrəmlik ayıdır, namaz qılan adamam, təkid etdi, sənədlərimi vermədim. Maşını sürmək istəyəndə özünü atdı, pəncərədən yapışdı və söyüş söyməyə davam etdi. Əyləci basıb, saxlayanda yerə yıxıldı”.

Qeyd edək ki, N.Xanalıyev Cinayət Məcəlləsinin 226.2.2-cü maddəsi ilə ittiham edilir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Pasha 4 Mart 2016 13:34
Bunu yoxlamaq ucun - Namiq muallimin masinin qatirib - orada İnspektorun alin sixib baxmaq lazimdi ki - bu halda adami suramay olarkiş Cox gumanki yox. Buna gora da İNSPEKTORA - cinayyat isi acilmalidi ki - oz vazifadan sui istafada edarak va camaata sar ataraq ozuna haqq qazanir ! Eyib olsun bela inspektorlara.....
sabiq oper 3 Mart 2016 22:59
AR CM 221.2.2