Məmurlara xarici avtomobillər almaq yasaqlandı

Avtobazar 15 İyul 2014 12:35 Oxunub 4100
Məmurlara xarici avtomobillər almaq yasaqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş nazir dövlətin xarici ölkələrdə istehsal olunan avtomobillərin alınmasını yasaqlayan qərar imzalayıb

Rusiyanın baş naziri Dmitri Medvedev dövlətin xarici ölkələrdə istehsal olunan avtomobillərin alınmasını yasaqlayan qərarı imzalayıb. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Medvedev bildirib ki, bu tədbir bazarda tarazlığın yaranmasına yardım edəcək. “Qərar yalnız vəzifəli şəxslər, məmurlara aid deyil, bu sənəd  ictimai nəqliyyat, ekstremal xidmət, büdcə təşkilatlarına, o cümlədə kommunal təsərrüfatı, inşaat, habelə bir sıra sahələrə şamil edilir”-deyə,o, vurğulayıb. Mənbə bildirib ki, müxalifət və blogerlər dövlət büdcəsi hesabına məmurların xaricdə istehsal olunan bahalı avtomobillərə minməsini dəfələrlə tənqid ediblər. Bundan başqa dövlət məmurları üçün avtomobillərin qiymətinə məhdudiyyətin qoyulması məsələsi də ölkədə geniş şəkildə müzakirə edilib.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Ilgar 10 Noyabr 2014 22:55
Goresen bizde ne vaxt bele bir qanun qebul olunacaq ki, yalniz Gence, Samaxi ve Naxcivanda istehsal olunan avtobillerden istifade olunsun. Yoxsa her il milyard dollar xarice axir.