14 nəfər daxili işlər orqanlarından qovulub

Yol polisi 7 Mart 2016 10:50 Oxunub 1510
14 nəfər daxili işlər orqanlarından qovulub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hesabat dövrü ərzində döymə, işgəncə vermə, tabel silahının qanunsuz tətbiqi və istifadəsi halları qeydə alınmayıb

Azərbaycanda xidməti vəzifələrinin icrasında nöqsanlara yol verdiklərinə görə, müvəqqəti saxlama yerlərinin 85 əməkdaşı intizam qaydasında cəzalandırılıb.

Avtofser.az trend-ə istinadən bildirir ki, bu barədə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat"ında deyilir.

Həmin şəxslərdən 14 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric edilib, 2 nəfər tutduğu vəzifədən azad olunub, 69 əməkdaş barəsində isə digər intizam tədbirləri görülüb.

Polisə gətirmə, saxlanılma və məsuliyyət tədbirlərinin tədbiqi prosesində qanunçuluğa ciddi riayət olunması, insan hüquq və azadlıqlarının təmin edilməsi kimi vacib məsələlər də gündəlik nəzatərdə saxlanılıb.

Beynəlxalq, hökumət, qeyri-hökumət təşkilatları, habelə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatı ilə qarşılıqlı əlaqələr davam etdirilib, onların nümayəndələrinin müvəqqəti saxlama yerlərində azad və məhdudiyyətsiz monitorinq aparmasına tam şərait yaradılıb.

Hesabat dövrü ərzində döymə, işgəncə vermə, tabel silahının qanunsuz tətbiqi və istifadəsi halları qeydə alınmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh