Polis rəisinin "Galendevagen”ini əzib bıçaqlayan şəxsi İnterpol axtarır

Yol polisi 9 Mart 2016 15:10 Oxunub 14458
Polis rəisinin "Galendevagen”ini əzib bıçaqlayan şəxsi İnterpol axtarır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
30 yaşlı Xəyal Qəhrəmanov Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilir

Azərbaycanda polis rəisini bıçaqlayan şəxs beynəlxalq axtarışa verilib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, 30 yaşlı Xəyal Qəhrəmanov Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq – silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirləndirilir. O, Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib. X.Qəhrəmanov Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi Anar Şıxəliyevi bıçaqlamaqda təqsirləndirilən dəstənin üzvüdür. 2015-ci ildə bir qrup şəxs polis rəisi Anar Şıxəliyev idarə etdiyi “Mercedes Galendevagen” markalı avtomobilə hücum edib. Beysbol çubuqları ilə maşını əzən şəxslər polis rəisinə bir bıçaq zərbəsi endirərək hadisə yerini tərk ediblər. Həyata keçirilən tədbirlər nəticəsində hadisə iştirakçıları - Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov və Ələkbər Qəhrəmanov tutulub. Hazırda tutulan həmin şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bir neçə gün əvvəl keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, Ələkbər Qəhrəmanovun 11 il, Ceyhun Niftəliyevin 8 il, Anar Əliyevin və Nurlan Həsənovun hər birinin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh