Vaqif Əsədovun sürücülərə - Çağırışı

Yol polisi 9 Mart 2016 15:12 Oxunub 2260
Vaqif Əsədovun sürücülərə - Çağırışı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
1 mart tarixindən qüvvəyə minən İnzibati Xətalar Məcəlləsində göstərilənlər olduğu kimi qalır

““İ-patrul” sistemi gün ərzində orta hesabla 800-ə yaxın elektron protokol tərtib edir. Avtopatrul maşınlarına quraşdırılmış “i-patrul” sistemi təhlükəsizliyin təmin edilməsində çoxfunksiyalıdır, bütövlükdə gördüyü işlərin hər biri avtomatıdır”. Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, bu haqda Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. O deyib ki, sürücülər bundan qorxuya düşməsin. “Ən çox tərtib edilən protokollar arasında dayanma-durma, sürət həddinin aşılması, əks istiqamətli yol zolağına daxil olma, yol ayrıcılarını keçmə qaydalarının pozulmasıdır.

Həmçinin ötən həftə sükan arxasında telefonla danışan 3 sürücü barədə informasiya daxil olmuşdu. Sürücü əks istiqamətli yol zolağı ilə hərəkət edərkən telefonla danışarkən “i-patrul” sistemi onu qeyd etmişdi. Diqqətinizə çatdırım ki, sistem 500 metr məsafəni görür, 100 metr məsafədən isə yaddaşda saxlamaq qabiliyyəti var. O ki qaldı cərimələrin artırılmasına, 1 mart tarixindən qüvvəyə minən İnzibati Xətalar Məcəlləsində göstərilənlər olduğu kimi qalır. Yəni, cərimələrin artırılması ilə bağlı heç bir informasiya yoxdur”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh