Bakıda polisi BIÇAQLADILAR

Yol polisi 15 Mart 2016 16:49 Oxunub 2520
Bakıda polisi BIÇAQLADILAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"07"dən oğurluq edən şəxs polisə əl nahiyəsindən xəsarət yetirib

Daxili İşlər Nazirliyi (DİN) Bakıda keçirilən əməliyyat zamanı polis əməkdaşının xəsarət alması barədə məlumat yayıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, martın 14-də saat 05 radələrində Nəsimi rayonu ərazisində - Moskva prospektində Laçın rayon sakini, əvvəllər məhkum olunmuş Ayhan Səfərov və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Yalçın Cəfərov Bakı şəhər sakini Nicat Tahirova məxsus “VAZ-2107” markalı avtomobildən oğurluğa cəhd göstərərkən Nəsimi RPİ PPX-nin əməkdaşları tərəfindən yaxalanıblar. Bu zaman Y.Cəfərov bıçaqla polis serjantı Samir Paşayevə əl nahiyəsindən xəsarət yetirib. Nəsimi RPİ 19-cu PB-yə gətirilmiş A.Səfərovun və Y.Cəfərovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün paytaxt sakini Elçin Xəlilova məxsus “Mercedes” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərmələri, eləcə də Yalçın Cəfərovun Cinayət Məcəlləsinin 185-ci maddəsi ilə axtarışda olması da müəyyən edilib.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh