Bakı-Şamaxı yolu genişləndirilir

Yeniliklər 18 İyul 2014 11:26 Oxunub 1804
Bakı-Şamaxı yolu genişləndirilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun dörd hərəkət zolağına çatdırılması işləri davam etdirilir

Bakı-Şamaxı yolunun 45/91- km-lik hissəsində əlavə iki zolaq tikilməklə, dörd hərəkət zolağına çatdırılması işləri davam etdirilir. Yol boyu 68 ədəd dairəvi, 9 ədəd düzbucaqlı boru, 16 ədəd mal-qara keçidi, 2 körpü və 6 yerüstü piyada keçidi nəzərdə tutulub. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, ərazidə torpaq işlərinin 40%-i yerinə yetirilib: “25 ədəd dairəvi boru tikilib və tikinti altına düşən kommunikasiya xətlərinin köçürülməsi başa çatdırılıb. Ərazidə tikintisi aparılan körpülərdən birində sıvayların tikintisi başa çatdırılıb. Hazırda digər hissələrin tikintisi işləri gedir. Üçaşırımlı körpünün uzunluğu 58 m, eni 11, 5 m olacaq”.

Qeyd edək  ki, 2013-cü ilin avqustunda başlanan işlərin 2015-ci ildə yekunlaşdırılması nəzərdə tutulub.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh