Yük avtomobili «saxla» işarəsi verən DYP maşınını arxadan vurdu - VİDEO

Yol polisi 2 Aprel 2016 12:33 Oxunub 9712
Yük avtomobili «saxla» işarəsi verən DYP maşınını arxadan vurdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sudaşıyan maşın yol polisi avtomobilini vurub əzəndən sonra dayanıb

Dünən Xırdalan şəhərində yol qəzası baş verib. Oxucuların Avtosfer.az-a verdiyi məlumata görə, 01 BM 515 dövlət nbmrə nişanlı sudaşıyan maşın 10 YP 627 dövlət nömrə nişanlı DYP maşınını arxadan vurub. Zərbə nəticəsində polis avtomobilinin arxa tərəfi yararsız hala düşüb. DYP əməkdaşlarından xəsarət alan olmayıb. Hadisə yerinə yol polisinin məsul əməkdaşları gəlib. İlkin ehtimala görə, hadisəyə səbəb yük avtomobilin əyləc sisteminə yaranmış problemdir. Lakin şahidlər bildirir ki, DYP avtomobilindəki inspektor yük avtomobilinə «saxla» işarəsi verib. Yük maşını dayanmadığı üçün yol polisi əməkdaşı idarə etdiyi avtomobili onun qarşısına sürərək dayandırmağa çalışıb. Bu zaman yük maşının sürücüsü avtomobili saxlaya bilməyib və DYP maşınını vuraraq əzib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh