DİN-də 14 nəfər intizam məsuliyyətinə cəlb olunub

Yol polisi 5 Aprel 2016 17:13 Oxunub 1551
DİN-də 14 nəfər intizam məsuliyyətinə cəlb olunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki nəfərə “şiddətli töhmət”, biri nəfərə isə “töhmət” elan olunub

2015-ci ildə Daxili İşlər Nazirliyində aparılmış təhqiqat nəticəsində 10 fakt üzrə 14 əməkdaş intizam məsuliyyətinə cəlb olunub. Kobud rəftara görə 3 fakt üzrə 4 əməkdaşdan biri tutduğu vəzifədən azad edilib, iki nəfərə “şiddətli töhmət”, biri nəfərə isə “töhmət” elan olunub. Bu barədə Ombudsman Elmira Süleymanova parlamentdə illik hesabatı zamanı deyib. Qeyd edib ki, nazirlikdə müvafiq təhqiqat Ombudsmanın müraciəti əsasında aparılıb.

Hesabatda deyilir ki, polis əməkdaşlarının xidməti fəaliyyəti ilə bağlı olan 7 fakt üzrə intizam məsuliyyətinə cəlb edilmiş 10 əməkdaşdan biri tutduğu vəzifədən azad edilib, 4-nə “şiddətli töhmət”, 5-nə isə töhmət elan edilib: “DİN-in rəsmi məlumatına əsasən, ümumilikdə insan hüquq və azadlıqlarının pozulması ilə bağlı nazirliyə daxil olmuş və təsdiq olunmuş 284 fakt üzrə 369 əməkdaş intizam məsuliyyətinə cəlb olunub. Onlardan 126-sı vətəndaşlarla kobud rəftar, 56-ı polisə əsassız gətirmə və saxlama, 68-i sürücülərin hüquqlarının pozulması, 6-ı əsassız cinayət məsuliyyətinə cəlb etmə, 3-ü əcnəbilərin və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 26-ı isə digər faktlardır. Onlardan 46 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 32 əməkdaş tutduğu vəzifədən azad edilib, 291 əməkdaş barəsində isə intizam tədbirləri görülüb”.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh