Yol Polisi: "Avtobusların toqquşduğu hadisə araşdırılır"

Yol polisi 8 Aprel 2016 13:11 Oxunub 1329
Yol Polisi: "Avtobusların toqquşduğu hadisə araşdırılır"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: "Nəticə barədə əlavə məlumat veriləcək”

Bakının Nizami rayonu ərazisində 103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının və minik avtomobilinin toqquşması nəticəsində baş verən qəza ilə bağlı araşdırma aparılır. Bu haqda Modern.az saytına Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. “Hadisə Nizami rayonu ərazisində qeydə alındığından Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. Nəticə barədə əlavə məlumat veriləcək”.

Toqquşma nəticəsində 9 nəfər xəsarət alıb, 1 nəfər qadın dünyasını dəyişib. Yaralılardan 7 nəfəri 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh