Paytaxtda iri piyada keçidi tikilir - FOTOLAR

Yeniliklər 23 İyul 2014 00:00 Oxunub 2043
Paytaxtda iri piyada keçidi tikilir - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadaların təhlükəsizliyini təmin edəcək yerüstü keçid yaxın vaxtlarda istifadəyə veriləcək

Paytaxtın Atatürk prospekti, 47 ünvanında yerləşən yerüstü piyada keçidində son tamamlanma işləri aparılır. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, uzunluğu 86 m, eni 3,5 m, yerdən hündürlüyü 6,5 m olan keçid 3 giriş-çıxışdan ibarətdir. Piyadaların  rahatlığını təmin etmək məqsədilə 2 giriş-çıxışda hündürlüyü 7 m olan 4 eskalator, müasir işıqlandırma  sistemi, izləyici kameralar və musiqi səsləndirilməsi üçün avadanlıq quraşdırılıb. Hazırda keçidin döşəmə hissəsində sürüşkənliyin qarşısını almaq məqsədilə xüsusi qranitlə üzlənmə və ətraf ərazinin abadlaşdırılması işləri həyata keçirilir. Piyadaların təhlükəsizliyini təmin edəcək yerüstü keçidin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.

 

Nurlan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh