Paytaxtda bəzi yollarda hərəkət məhdudlaşdırılır

Gündəm 18 Aprel 2014 00:00 Oxunub 1666
Paytaxtda bəzi yollarda hərəkət məhdudlaşdırılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qısa müddətə Məmməd Araz və Yusif Vəzir Çəmənzəminli küçələrində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq

BakınınMəmmədArazvə YusifVəzir Çəmənzəminliküçələrində avtomobillərinhərəkətiqismənməhdudlaşdırılacaq. Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. P.Mürsəliyev deyib ki, yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar bu gün axşam 22:00-dan başlayaraq qısa müddətə Məmməd Araz və Yusif Vəzir Çəmənzəminli küçələrində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq.

 

Qeyd edək ki, artıq paytaxtın Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Neftçilər prospektində, Cəlil Məmmədquluzadə küçəsinin Həsən Əliyev küçəsi ilə kəsişməsindən A.Bakıxanov küçəsi ilə kəsişməyədək olan hissəsi, Həsən Əliyev küçəsinin yeni təmir olunmuş 300 metrlik hissəsi, Heydər Əliyev prospektində əsas yolda və kənar yollardan birində xətlənmə işləri yerinə yetirilib.

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh