Bakıda polisin idarə etdiyi avtomobil maneəyə çırpılıb

Yol polisi 12 May 2016 11:44 Oxunub 1607
Bakıda polisin idarə etdiyi avtomobil maneəyə çırpılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakıda polis əməkdaşı yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.  Avtosfer.az xəbər verir ki, bu barədə Nəsimi rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə Ceyhun Hacıbəyli küçəsi 45 ünvanının qarşısında qeydə alınıb. Nəsimi rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı, polis serjantı, 1991-ci il təvəllüdlü Əli Adıgözəl oğlu Heydərov idarə etdiyi “VAZ-21154” markalı, 90 RB 215 dövlət nömrə nişanlı avtomobili maneəyə çırpıb. Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh