Xaçmazda maşın dərəyə aşdı: 3 yaralı

Gündəm 30 İyul 2014 23:14 Oxunub 1442
Xaçmazda maşın dərəyə aşdı: 3 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Passat» idarəetmədən çıxaraq dərəyə yuvarlanıb

Bu gün Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, hadisə Xaçmaz-Quba yolunun 6-cı kilometrliyində, rayonun Yergüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Quba rayonu Barlı kənd sakini Fariz Şahkərimovun idarə etdiyi “Wolsvagen-Passat” markalı avtomaşın idarəetmənin itməsi səbəbindən yolun kənarındakı dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü və maşında olan iki nəfər - 53 yaşlı Məlahət Şahkərimova və bir yaşlı Güllü Şahkərimova müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh