Bakı-Qazax yolunda ağır qəza: ölən və xəsarət alanlar var

Gündəm 30 İyul 2014 23:23 Oxunub 1375
Bakı-Qazax yolunda ağır qəza: ölən və xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Ford»la «07» toqquşub; bir qadın ölüb, iki nəfər xəsarət alıb

Bakı-Qazax yolunun 370-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, Göygöl rayonu ərazisində Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Həsənov Rəşad Nurəddin oğlunun idarə etdiyi 52-BG-073 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı və Bakı sakini Əbdürrəhimov Ramin Vaqif oğlunun idarə etdiyi 90 UG-925 dövlət nömrə nişanlı, “Ford” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2107”-də olan sərnişin, 1966-cı il təvəllüdlü Gəncə şəhər sakini Xəlilova Yeganə Fəxrəddin qızı hadisə yerində dünyasını dəyişib. Avtomobilin sürücüsü R.Həsənov və onun digər sərnişini, 1940-cı il təvəllüdlü Gəncə şəhər sakini Quliyeva Məlahət Məcid qızı xəsarət alıblar. “Ford”un sürücünün isə yüngül xəsarət aldığı bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh