YENI SUAL və 20 manatlıq kupon; sürücü nə etməlidir?
Yarışma 7 Avqust 2014 02:16 1304 dəfə oxunub
YENI SUAL və 20 manatlıq kupon; sürücü nə etməlidir?
Öyrənək, öyrədək!

Avtosfer.az saytı bu həftənin yeni sualını təqdim edir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir; minik avtomobilinin sürücüsü şəkildə gördüyünüz trayektoriya ilə hərəkət etmək üçün nə etməlidir?

a) yolayrıcında heç kəsə yol vermədən hərəkətini davam etdirməlidir;

b) yolayrıcına daxil olmadan hər iki piyadanın yolu keçməsini gözləməli və yalnız bundan sonra hərəkətini davam etdirməlidir;

c) qadın piyadaya yol verməli, daha sonra yolayrıcına daxil olaraq orada dayanmaqla kişi piyadaya yol verməli  və yalnız bundan sonra hərəkətini davam etdirməlidir;

ç) qadın piyadaya yol vermədən yolayrıcına daxil olaraq orada dayanmaqla kişi piyadaya yol verməli  və yalnız bundan sonra hərəkətini davam etdirməlidir.

Xatırladırıq ki, suala hamıdan əvvəl ən dolğun və ən düzgün cavab verən şəxs qalib olacaq və sponsorun təqdim etdiyi mükafatı qazanacaq. Amma nəzərə alın ki, sadəcə ilk doğru cavab qalib olmaya bilər. Qalib olmaq üçün cavabınız imkan daxilində əhatəli (izahlı) olmalıdır ki, bunun təsadüfən düzgün olmadığına əmin olaq

Qeyd edək ki, artıq Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az saytında suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Oxucuların diqqətinə çatdıraq ki, sualın cavabları növbəti həftə açıqlanacaq. Suala ilk və doğru, ətraflı cavab verən şəxs mükafatı qazana bilər.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib. 

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad
E-mail
Şərh
Arzu | 0 0000 00:00
Gorduyumuz kimi, bu yolayricinda n.v-nin hereketi nizamlayici terefinden ve ya svetoforla nizamlanmayib,beleki nizamlanmayan yoldur.Umumiyyetle,surucun nizamlanmayan yolayricina ve ya kecide yaxinlasharken yolu kecen piyadalara tehluke yaratmamaq ucun sureti lazimi qeder azaltmalidir.Piyada yolayricina ve ya kecide daxil olmushdursa ve ya daxil olmaqdadirsa, surucu n.v-ni dayandirmali ve piyadaya yol vermelidir. Bu veziyyetde qadin piyada yolayricina daxil olmayib,sekidedir.Kishi piyada ise artiq yolayricina daxil olmaqdadir.Beleki,surucu sekide dayanan qadin piyadaya yol vermeden yolayricina daxil olaraq orada dayanmaqla,yolayricina daxil olmaqda olan kishi piyadaya yol vermeli ve bundan sonra hereketini davam etdirmelidir. Cavab-sonuncu variant-ch.
vüsal imanov | 0 0000 00:00
ç qadın piyadaya yol vermədən yolayrıcına daxil olaraq orada dayanmaqla kişi piyadaya yol verməli və yalnız bundan sonra hərəkətini davam etdirməlidir.Şəkildəki görüntü Aleksandr Puskin kuçəsindən Dilarə Əliyaca küçəsinə dönmənin təsviridi.cavabda təbi ki c bəndidi.
Seyyad Quliyev | 0 0000 00:00
Cavab: yolayrıcına daxil olmadan hər iki piyadanın yolu keçməsini gözləməli və yalnız bundan sonra hərəkətini davam etdirməlidir;
Aisha | 0 0000 00:00
ÇBENDİ
Aisha | 0 0000 00:00
Çbendi
Azim | 0 0000 00:00
SALAM. MENIM FIKRIMCE PIYADALRIN HEC BIRINE YOL VERMEDEN SURUCU HEREKETI DAVAM ETDIRMELIDIR. NIZAMLANMAMISH PIYADA KECIDIDIR ORA
Tağiyev Elmar | 0 0000 00:00
Gorduyumuz kimi, bu yolayricinda n.v-nin hereketi nizamlayici terefinden ve ya svetoforla nizamlanmayib,beleki nizamlanmayan yoldur.Umumiyyetle,surucun nizamlanmayan yolayricina ve ya kecide yaxinlasharken yolu kecen piyadalara tehluke yaratmamaq ucun sureti lazimi qeder azaltmalidir.Piyada yolayricina ve ya kecide daxil olmushdursa ve ya daxil olmaqdadirsa, surucu n.v-ni dayandirmali ve piyadaya yol vermelidir. Bu veziyyetde qadin piyada yolayricina daxil olmayib,sekidedir.Kishi piyada ise artiq yolayricina daxil olmaqdadir.Beleki,surucu sekide dayanan qadin piyadaya yol vermeden yolayricina daxil olaraq orada dayanmaqla,yolayricina daxil olmaqda olan kishi piyadaya yol vermeli ve bundan sonra hereketini davam etdirmelidir. Cavab-sonuncu variant-ch.
Elcin | 0 0000 00:00
ç qadın piyadaya yol vermədən yolayrıcına daxil olaraq orada dayanmaqla kişi piyadaya yol verməli və yalnız bundan sonra hərəkətini davam etdirməlidir.Çünki bura nizamlanan piyada ke,idi deyil lakin kişi piyada artıq yola daxil olmuşdur. Ona gore de ona yol vermeye mecburdur
Nazim Sofi-Zadeh | 0 0000 00:00
ç qadın piyadaya yol vermədən yolayrıcına daxil olaraq orada dayanmaqla kişi piyadaya yol verməli və yalnız bundan sonra hərəkətini davam etdirməlidir.
Şaiq | 0 0000 00:00
C variantı düzgündür