Salyanda «Zapı» 100-lə, «011» 120 ilə gedir - VİDEO

Avtoxəbər 7 Avqust 2014 12:14 Oxunub 3189
Salyanda «Zapı» 100-lə, «011» 120 ilə gedir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu, köhnə avtomobillər üçün olduqca təhlükəli sürətdir

Salyan rayonu ərazisində çəkilən bu görüntüləri oxuculardan biri Avtosfer.az saytına göndərib. Videodan da görünür ki, bu kadrları lentəə alan şəxs idarə etdiyi avtomobilin sürəti ilə müqayisə edərək qarşıda hərəkət edən «Zaparodjest» və «VAZ-21011» markalı avtomobillərin 100 və 120 km/saat sürətlə hərəkət etdiyini müəyyənləşdirib. Burada əslində, qeyri-adı heç nə yoxdur. Hər iki avtomobil bu sürətdə hərəkət edə bilər. Amma yolun çala-çökək olduğunu və hər iki avtomobilin köhnəliyini nəzərə alsaq, onların bu sürətlə hərəkət etməsi olduqca təhlükəlidir. Məsələn, «Zapı»nın və ya «011»in təkəri çökəyə bərk düşsə, qırılacaq və maşın yoldan çıxıb harasa dəyəcək və ya aşacaq. Odur ki, köhnə maşınlarla sürət oyunu oynamaq çox təhlükəlidir.

 

Seymur

ŞƏRH YAZ
Ad

E-mail

Şərh