İrandan Azərbaycana 23 kilo tiryək gətirərkən tutuldular

Gündəm 20 Aprel 2014 00:00 Oxunub 1497
İrandan Azərbaycana 23 kilo tiryək gətirərkən tutuldular
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçiriblər

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib. Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bir qrup şəxsin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik maddə gətirməsi və satmaq istəməsi barədə polisə məlumat daxil olub. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi Cənub Regional Şöbəsinin əməkdaşları dərhal əməliyyat axtarış tədbirlərinə başlayıb. İran İslam Respublikasının vətəndaşları 41 yaşlı Adil Nazimi və 36 yaşlı Rza Səidi şübhəli şəxs qismində saxlanılıblar. Onlardan xüsusi bağlamalarda ümumi çəkisi 23 kiloqram olan tiryək, 1 ədəd gecəgörmə cihazı, kəlbətin, əlcək və digər vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər əməllərini etiraf edərək bildiriblər ki, narkotik maddəni ölkəmizə satmaq məqsədi ilə gətiriblər. İstintaqla müəyyən edilib ki, 23 kiloqram tiryək 30 min Amerika dollarına satılmalı imiş. Gecə saatlarında qaçaqmalçılıq yolu ilə ölkəmizə gələn Adil Nazimi ilə Rza Səidi narkotik maddəni gizlədərək əvvəlcədən tapdıqları müştərini gözləyiblər. Bu zaman əməliyyata başlayan polis əməkdaşları onları ələ keçiriblər. Faktla bağlı cinayət işi açılıb, istintaq narkotik maddənin mənbəyini araşdırır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh