Məktəblərin qarşısında yol nişanları quraşdırılacaq

Yeniliklər 16 Avqust 2014 00:16 Oxunub 1624
Məktəblərin qarşısında yol nişanları quraşdırılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol hərəkəti qaydalarını tənzimləyən nişanların quraşdırılması üçün xüsusi komissiya yaradılıb

Gəncədə orta məktəblərin yaxınlığında yol hərəkəti qaydalarını tənzimləyən nişanların quraşdırılması üçün xüsusi komissiya yaradılıb. APA-nın verdiyi xəbərə görə, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib. E.Vəliyev sakinlərin orta məktəblərin yaxınlığında yol hərəkətini tənzimləyən nişanların olmaması ilə bağlı şikayətlərindən sonra Şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Təhsil İdarəsi və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət komissiyanın yaradılması barədə göstəriş verib. Komissiyaya tapşırılıb ki, Gəncədəki bütün orta məktəblərin yerləşdiyi ərazilərdə ehtiyac olan yol nişanları müəyyənləşdirilsin və dərs ili başlayana qədər - sentyabrın 15-dək quraşdırılsın.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh