Bakıda yeni tikilmiş piyada keçidlərini bərbad hala saldılar - FOTOLAR

Gündəm 20 Aprel 2014 00:00 Oxunub 2131
Bakıda yeni tikilmiş piyada keçidlərini bərbad hala saldılar - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki keçiddə təhlükəsizlik kameraları yoxdur

Bakıda yeni tikilmiş piyada keçidində divara bərkidilmiş güzgülər sındırılıb. Lent.az-ın məlumatına görə, Heydər Əliyev prospektində, Şəfa stadionunun qarşısında tikilmiş yeraltı piyada keçidindəki şüşə və güzgülər naməlum şəxs və ya şəxslər tərəfindən sındırılıb. Keçid hələ istifadəyə verilməsə də, piyadaların təhlükəsizliyi məqsədi ilə sakinlərin buradan istifadə edilməsinə icazə verilib. Oxşar əməllər Səbail rayonunda, Bakı bulvarının yeni ərazisi ilə Səbail rayon Yanğından Mühafizə Hissəsinin qarşısını birləşdirən keçiddə də törədilib. Burada divarlara döşənmiş mərmər örtüklər dağıdılıb.

 

Qeyd edək ki, hər iki keçiddə təhlükəsizlik kameraları yoxdur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh